Nardaranda batan digər bacının da meyiti tapıldı

Hazırda oxunan: Nardaranda batan digər bacının da meyiti tapıldı

84692

Nardaran çimərliyində boğulan bacılardan digərinin də meyiti tapılıb.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysu Asəf qızı Abdullayevanın cəsədi FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Nardaranda azyaşlı bacılar dənizdə batdı - FOTO


Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir.

Qeyd edək ki, hadisə ötən gün baş verib. Aysu və Aysel Abdullayeva bacıları dünən dənizdə çimərkən boğulublar. 17 yaşlı Ayselin meyiti ötən gün tapılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin