Şirvan şəhərində vəzifəli şəxslərə qarşı cinayət işi başlanılıb.
Bu barədə Bizim.Media-ya Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, şəhər sakini İbrahiməjdər Həmidovun anasından miras qalmış torpaq sahəsi və evin qardaşı tərəfindən saxta sənədlər əsasında başqa şəxsə satılması ilə bağlı daxil olmuş müraciəti üzrə prokurorluqda araşdırma aparılıb.
Şirvan şəhər bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmələrinə, həmçinin onların həqiqi məzmununu təhrif edən düzəlişlər edərək vəzifə saxtakarlığı etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə istintaq davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:31 / 21.07.2022
Şirvanda vəzifəli şəxslərə qarşı cinayət işi açıldı
Hazırda oxunan: Şirvanda vəzifəli şəxslərə qarşı cinayət işi açıldı
Hazırda oxunan: Şirvanda vəzifəli şəxslərə qarşı cinayət işi açıldı
84686
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.