Daha 48 nəfər Zəngilanın Ağalı kəndinə yola salındı

Hazırda oxunan: Daha 48 nəfər Zəngilanın Ağalı kəndinə yola salındı

84668

Bu gün daha 10 ailə, təxminən 48 nəfər Zəngilanın Ağalı kəndinə yola salınıb.

Bizim.Media xəbər verir ki, Zəngilandan olan məcburi köçkünlərin Masazırda məskunlaşdıqları şəhərcikdən yola düşüblər.

Səhər saatlarında Zəngilan Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşan sakinlər sevinc göz yaşı içində bir-birini təbrik edib, qucaqlaşaraq vidalaşıblar.


Zəngilan rayonu icra hakimiyyətinin başçısı Ramiz Həsənov bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib.

Zəngilanlılar, ağalılılar qarşısında çıxış edən R.Həsənov bildirib ki, Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Vətən Müharibəsində qələbə qazanıb.

O, bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əydiyini bildirib, qazilərə can sağlığı diləyib. Report.az-ın məlumatına görə, proses 4 mərhələdən ibarətdir. 

Növbəti mərhələdə daha 11 ailə yola salınacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin