xa0Moderator.az-ın verdiyi xəbərə görə, Türkiyənin Edremit körfəzində bir fidancılıq firması, abadlıq işləri görülən sahələrdən sökülən 50 ilə 300 yaş arasındakı zeytun ağaclarını yığıb satır - Firma, 50-60 illik ağacları min lirəyə, 300 illikləri isə 5 min lirə və üzərindəki qiymətlərə satır.
Balıkəsirdə Ayvalık rayonundan Çanaqqalanın Küçükkuyu diyarına qədər sahəni əhatə edən Edremit körfəzində, abadlıq işləri görülən sahələrdən sökülən 50 ilə 300 yaş arasındakı zeytun ağacları, min lirədən 5 min lirəyə qədər qiymətlərlə satılır.
Edremit körfəzində 20 ildir fidancılıq peşəsi ilə məşğul olan Muhabbet Özkan,verdiyi müsahibədə, Türkiyənin zeytun və zeytun yağı istehsalının əhəmiyyətli hissəsini qarşılayan Körfəzdə təxminən 12 milyon zeytun ağacı olduğunu söyləyib.
Bölgədə, 2 min illik və üzərində yaşa sahib zeytun ağacları olduğunu vurğulayan Özkan, yüzlərlə illik ağaclardan hələ də məhsul alındığını söyləyib.
Körfəzdə abadlıq işləri görülən sahələrdən zeytun ağaclarının söküldüyü və əsasən yanacaq olaraq istifadə edildiyini vurğulayan Özkan, belə danışıb:
"Bəli, mən ticarətlə məşğulam, ancaq 200-300 illik, ya da daha yaşlı ağacların odun olmasına da gönlüm əl vermir. Düşünün bir adam uşaq yaşda fidan əkir, nəvəsi böyüyəndə o ağacdan zeytun yığa bilir. Yəni bir zeytun ağacının tam məhsuldar ola bilməsi üçün ən az 50 il keçir. Bir də müqəddəs bir ağacdır. Mən də firma olaraq abadlıq işləri görülən sahələri gəzirəm. Yaşlı ağaclar varsa müəyyən bir qiymətə satın alıram. Ağacı köküylə birlikdə firmamın bağçasına gətirib əkirəm. "
Bir tərəfdən ticarətlə məşğul olarkən, digər tərəfdən ağacı təbiətə təkrar qazandırdığını ifadə edən Özkan, indi fidanlardan başqa 50 ilə 300 yaş arasındakı zeytun ağaclarının satışı ilə də məşğul olduğunu söyləyib.
Qiymətlərin min lirədən başladığını və 5 min lirəyə qədər qalxdığını vurğulayan Özkan, "50-60 illik ağacları min lirəyə, 300 illikləri 5 min lirəyə satırıq. Böyük otellər, peyzajlarında istifadə edir. Restoran və villaların bağçalarına əkirlər. Yaşlı ağaclara bir az fərqli yanaşanlar tələb göstərir. Nəticədə 300 il meyvə verən bu ağacdan yüzlərlə il daha məhsul alına bilər "söyləyib.


































































































