İntiqam Əliyevi “akvarium”x9dda saxladılar

Hazırda oxunan: İntiqam Əliyevi “akvarium”x9dda saxladılar

84622
Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə Hüquqi Maarifləndirmə Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin şikayəti üzrə ilkin iclas keçirilib

Məhkəmə zalında İ.Əliyev şüşə kamerada (“akvarium”x9d) əyləşdirilib.

Virtualaz.org saytı bildirir ki, vəkil Cavad Cavadov İ.Əliyevin öz yanında oturması barədə vəsatət qaldırıb.

Sonra o, məhkəmənin audio və videoyazısının aparılması, həmçinin tam məhkəmə istintaqı aparılmaqla apelyasiya şikayətinə baxılması barədə vəsatət qaldırıb.

Lakin prokuror Seyhun Azadıliyev etiraz edərək bildirib ki, müttəhimlərin bu cür əyləşdirilməsi Ədliyyə Nazirliyinin qaydalarına əsasən müəyyən edilib. Hakim isə əlavə edib ki, müttəhimin yeri “Avropa standartlarına uyğun təchiz edilib”x9d.

Həmçinin hakim bildirib ki, prosesin audio və videoyazısının aparılmasına gərək yoxdur, çünkü iclasların protokolları tərtib olunur.

Xatırladaq ki, İ.Əliyev 2014-cü ilin avqustunda həbs olunub. Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı və qanunsuz sahibkarlıqda ittiham edərək 7,5 il müddətinə azadlıqdan məhrum edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin