Bakı şəhər prokurorluğunda bir nəfər işdən çıxarılıb - HESABAT

Hazırda oxunan: Bakı şəhər prokurorluğunda bir nəfər işdən çıxarılıb - HESABAT

84599

2022-ci ilin birinci yarımili ərzində şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 6 nəfər intizam məsuliyyətinə cəlb edilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb:

"2022-ci ilin birinci yarımili ərzində şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 6 nəfər intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 2 nəfərə töhmət, 1 nəfər şiddətli töhmət verilmiş, 1 nəfərə irad tutulmuş, 1 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər prokurorluq orqanlarından xaric edilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin