Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə ADA Universitetinin kampusunda keçirilən “Cyber Summer School - 2022” yay məktəbi davam edir. “Müxtəlif mədəniyyətlərin kiber birliyi” devizi altında yerli və xarici təlimçi-ekspertlər kiber-güclərin təlim yarışması çərçivəsində yeniyetmələrin rəqəmsal bacarıqlarını inkişaf etdirirlər.
Bizim.Media xəbər verir ki, 12-15 yaş aralığında olan 100-ə yaxın yeniyetmənin iştirakı ilə baş tutan beynəlxalq tədbirdə kibertəhlükəsizlik sahəsinin qabaqcıl mütəxəssislərinin dərsləri gənclər tərəfindən yüksək maraqla qarşılanır.
MÖVZU İLƏ BAĞLI:
Beynəlxalq Kiber Yay Məktəbinin açılışı oldu - FOTO
İştirakçılar dünya təcrübəli ekspertlər tərəfindən həyata keçirilən “Hack the Machine” (kompüterlərə sızma) tədris proqramı, mobil kriminalistika, rəqəmsal sübutların bərpası, şəbəkə hücumları və onlardan müdafiə, şəbəkə anomaliyalarının aşkarlanması və digər bu kimi fəaliyyətlərlə yaxından tanış olurlar.
AKTA-nın təşkil etdiyi tədbirdə “İnteraktiv karyera söhbətləri” sessiyalarını keçirmiş dünyanın qabaqcıl məktəblərinin təmsilçiləri, uğurlu biznes liderləri, təhlükəsizliyin idarə edilməsində uğur hekayələri ilə tanış olan “Cyber Summer School - 2022” iştirakçıları gələcək ixtisas seçimləri, professional və şəxsi inkişaf istiqamətində interaktiv müzakirələrə qatılmışlar.
Tədbirdə xarici ölkələrin aparıcı startap təsisçiləri iştirak və çıxış edir.
Bizim.Media