“Beynəlxalq Əlillər Cəmiyyəti”x9d imtiyazlı məhbusun ailə üzvləri ilə görüşüb

Hazırda oxunan: “Beynəlxalq Əlillər Cəmiyyəti”x9d imtiyazlı məhbusun ailə üzvləri ilə görüşüb

84534

xa0Moderator.az-ın verdiyi xəbərə görə, xa0“Beynəlxalq Əlillər Cəmiyyəti”x9d İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Məhkumluqdan azad olunanların həyata adaptasiya və reabilitasiyasına ictimai dəstək”x9d layihəsi çərçivəsində növbəti tədbiri Şabran şəhərində olmuşdur.

2-ci qrup Qarabağ müharibəsi əlili, hazırda Qobustan qapalı tipli CÇM-da cəzaçəkən İmran Mirzəyevin ailə üzvləri İctimai Birliyə müraciət etmişlər. Dediklərinə görə, məhbus İmran Mirzəyev ailə münaqişəsi zəminində törətdiyi cinayətə görə ömürlük həbsə məhkum edilmişdir. Bu hadisə vaxtı öz qaynanasını və qaynını odlu silahla qətlə yetirən İmran Mirzəyevin həyat yoldaşı, 3 oğul anası Xanım Mirzəyeva söhbət zamanı bildirdi ki, anasının və qardaşının ölümünə səbəbkar anasının özü olmuşdur. Anasının daima yerli-yersiz onların ailəsinə müdaxilə etdiyini, ailəsini dağıtmaq istədiyini, daima onların evinə dava saldığını bildirdi. İllərlə davam edən bu münaqişə nəhayət belə bir faciəli sonluqla bitdi. Xanım Mirzəyeva bir daha bildirdi ki, bu faciənin törənməsində günahkar mərhum anası özü olmuşdur. O, ağır kontuziya keçirmiş 2-ci qrup Qarabağ müharibəsi əlili olan həyat yoldaşı məhbus İmran Mirzəyevin ömürlük həbs cəzasını müddətli cəza növü ilə əvəz edilməsi işində lazımi təşkilatlara müraciət edərək köməklik göstərməyi İctimai Birlikdən xahiş etdi. Xanım Mirzəyeva onu da bildirdi ki, məhbus İmran Mirzəyevi şəxsən tanıyan 52 nəfər əlilliyi olan insanlar və onun özü aidiyyəti dövlət qurumlarına müraciət edərək ömürlük həbs cəzasını müddətli həbs cəzası ilə əvəz etməyi xahiş ediblər. Məhbus İmran Mirzəyevin qardaşı bu işlə bağlı ANS TV-də veriliş getdiyini, müsahibə verdiklərini söylədi. 2-ci qrup Qarabağ əlili, məhbus İmran Mirzəyevin qardaşı onun 3 azyaşlı uşaq və həyat yoldaşı - 4 nəfərdən ibarət olan ailəsinin ünvanlı sosial yardım alınması ilə bağlı aidiyyəti dövlət təşkilatına müraciət etsə də indiyədək verilməyib, müxtəlif bəhənələr gətirilir.

Layihənin rəhbəri Tahir Xudiyev bildirdi ki, bir İctimai Birlik kimi öz növbəmizdə bu məsələyə aydınlıq gətirmək məqsədi ilə araşdırma aparacaq və lazım gələrsə ictimai dəstəyimizi əsirgəməyəcəyik.

Bu görüşdə layihənin icraçıları ilə yanaşı könüllülər - politoloq Elşad Əliyev və QHT rəhbəri Füzuli Kərimov da iştirak edirdilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin