“Beynəlxalq Əlillər Cəmiyyəti”x9d İB keçmiş məhbusla görüşüb

Hazırda oxunan: “Beynəlxalq Əlillər Cəmiyyəti”x9d İB keçmiş məhbusla görüşüb

84501
“Beynəlxalq Əlillər Cəmiyyəti”x9d İB Ağsu rayonunda yaşayan keçmiş məhbusla görüşüb.

“Beynəlxalq Əlillər Cəmiyyəti”x9d İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Məhkumluqdan azad olunanların həyata adaptasiya və reabilitasiyasına ictimai dəstək”x9d layihəsi çərçivəsində növbəti tədbiri Ağsu şəhərində olmuşdur.

Keçmiş məhbus Cavanşir Piriyevin öz müraciətinə əsasən layihənin icraçıları, bu yaxınlarda Ağsu şəhərində Piriyevlər ailəsinin qonağı olmuş, onların sosial problemləri ilə maraqlanmışlar. Cavanşir Piriyevin cəzasının qalan hissəsi daha yüngül cəza növü ilə əvəz olunduğundan azadlığa çıxmışdır. Onun atası Tofiq Piriyevin şəkər xəstəliyindən hər iki gözü də tutulmuşdur, 1-ci qrup gözdən əlildir. Anası əlillik dərəcəsi olmasa da hər iki ayağı tutulmuşdur. 4 yaşlı övladı epilepsiya xəstəsidir. Ən təsirilisi isə o idi ki, 6 yaşlı böyük oğlu 1 yaş 6 aylıq olanda yıxılıb qolu sınıb. Düzgün olmayan müalicə nəticəsində onun sağ qolu əyri bitib, gələcəyin əsgəri hərbi xidmətə yararsız bir vəziyyətə düşüb.

Söylədiklərinə görə, 6 nəfərdən ibarət ailə bir nəfərin təqaüdü hesabına heç dərman pulunu da çatdıra bilmirlər. Nənə bildirdi ki, əvvəllər aztəminatlı ailə kimi dövlət tərəfindən onlara ünvanlı sosial yardım verilirmiş. Bu ilin fevral ayından yenidən lazımi sənədləri təqdim etsələr də, hələ də ünvanlı sosial yardım verilmir. Get-gələ salırlar. Piriyevlər ailəsi onlara ünvanlı sosial yardım ailınmasında, ailənin 4 nəfər xəstə üzvünün müalicəsində və Cavanşirin işlə təmin olunması işində imkan daxilində köməklik göstərməyi layhənin əməkdaşlarından xahiş etdilər.

Qeyd etmək istəyirik ki, Cavanşir Piriyev təsadüfi qəza nəticəsində azadlıqdan məhrum edilmişdir. Onun ailə üzvləri həqiqətən də ziyalı, mədəni, gözəl insanlardır, ailə rayonda tərbiyəli və nümunəvi ailələrdəndir.

Cavanşir azadlıqdan məhrum edilməklə yanaşı külli miqdarda cərimə də kəsilmişdir. İndi o, həm 4 nəfəri xəstə olan aztəminatlı ailəsini dolandırmalı, həm də kəsilmiş cəriməni ödəməlidir.

Bir İctimai Birlik kimi biz də öz növbəmizdə aidiyyəti dövlət təşkilatlarına müraciətlər etmiş, bu ailənin sosial problemlərini onların diqqətinə çatdırmışıq. Həyata keçirilən layihənin əsas vəzifələrindən biri də məhz bundan ibarətdir.

Keçmiş məhbusun həyata adaptasiyası ilə bağlı söhbət zamanı “Vətəndaş cəmiyyəti”x9d jurnalı və layihə çərçivəsində nəşr edilmiş “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu”x9d kitabı da maarifləndirmə məqsədi ilə onlara təqdim edilmişdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin