Lənkəranda məktəblinin döyülməsinə görə direktor işdən çıxarıldı

Hazırda oxunan: Lənkəranda məktəblinin döyülməsinə görə direktor işdən çıxarıldı

84451

Lənkəranda məktəblinin döyülməsinə görə lisey direktoru işdən çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə müvafiq sənəd imzalanıb.

Sənədə görə, Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova vəzifəsindən azad edilib. Report.az-ın məlumatına görə, onun məktəblinin döyülməsi faktına görə işdən çıxarıldığı bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəran icra başçısı müavininin məktəblini döydüyü təsdiqləndi - Cinayət işi açıldı 


Xatırladaq ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı iyulun 14-də həmin təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin