“Azərbaycan və Türkiyə bölgədəki işbirliyi baxımından onsuz da həm dünyada, həm də Türk dünyasında təhlükəsizlik adası reallaşdıran iki ölkədir. Həmçinin dostlarına qapılar açan, qeyri-dostlara isə narahatlıq yaşadan ölkələrik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycana rəsmi səfərə gələn Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Dərya Yanık jurnalistlərin suallarını cavablandırarkən deyib.
Öncə Şəhidlər Xiyabanının ziyarət edən xanım nazir bildirib ki, təmsil etdiyi nazirlik Azərbaycanın ƏƏSMN ilə öncədən işbirliyinə başlayıb:
“Biz bundan öncə olduğu kimi, bundan sonra da Azərbaycanla münasibətlərimizi hər sahədə davam etdirəcəyik.
Biz də Ailə və Sosial Xidmətlər nazirliyi olaraq bu vəsiləylə Bakıdayıq. Öz nazirliyimizin xidmətində olan bir çox işlərimizi Azərbaycandakı həmkarlarımızla görüşərək, işlərimizi dəyərləndirmək və birlikdə nələr edə biləcəyimizə daha yaxından qərar verə bilmək üçün iş ziyarəti ayırdıq. İki gün Azərbaycanda olacağıq və sabah Şuşanı da ziyarət edəcəyik”, - deyə D.Yanık əlavə edib.
Tehran, Bizim.Media