Oyunları zamanı Qobustan Milli Tarix-Bədii Qoruğunu 9 mindən çox turist ziyarət edib

Hazırda oxunan: Oyunları zamanı Qobustan Milli Tarix-Bədii Qoruğunu 9 mindən çox turist ziyarət edib

84403
Birinci Avropa Oyunları zamanı yüzlərlə xarici turistin üz tutduğu məkanlardan biri də Azərbaycanın daş yaddaşı, qədim tariximizin ana kitabı hesab olunan Qobustan Dövlət Tarixi-Bədii Qoruğu olub.

Birinci Avropa Oyunlarının keçirildiyi günlərində Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu 9 min 242 nəfər turist ziyarət edib.

Qoruq idarəsindən verilən məlumata görə, onlardan 1826-sı xarici turistlərdir.

Bu tarixi məkana üz tutan xarici ölkə vətəndaşları sırasında Rusiya Federasiyasını təmsil edənlər çoxluq təşkil edib. Xarici turistlərdən 275-i Rusiya, 221-i Almaniya, 160-ı ABŞ, 119-zu isə İtaliya vətəndaşları olub. Eyni zamanda digər 1051 xarici turist isə müxtəlif ölkələri - Koreya Respublikası, Polşa, İran, Türkiyə, Hollandiya, Çexiya, İsrail, İspaniya və digər ölkələri təmsil edib.(gün.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin