Sabahdan Zəngilanın Ağalı kəndinə əhalinin qayıdışı prosesi başlayır.
Bizim.Media xəbər verir ki, Trend TV-in çəkiliş qrupu Ağalıya yola düşəcək bir ailənin hazırlıq prosesi ilə tanış olub.
Sakinlər Zəngilana yola düşəcəklərinə görə çox sevincli olduqlarını bildiriblər. Eyni zamanda doğma torpaqlarının azad olunmasına və bu gün orda yaradılan şəraitə görə Prezident İlham Əliyevə, Ordumuza minnətdarlıqlarını qeyd ediblər. Şəhidlərimizə Allahdan rəhmət, qazilərə isə şəfa diləyiblər.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media