10 il əvvəl tanışını amansızlıqla öldürən şəxs hakim qarşısına çıxarılır

Hazırda oxunan: 10 il əvvəl tanışını amansızlıqla öldürən şəxs hakim qarşısına çıxarılır

84260

Azərbaycanda 10 il əvvəl qətl törətməkdə təqsirləndirilən Zöhrab Şirinovun məhkəmə prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə iyulun 25-ə təyin edilib.  

İttihama görə, hadisə 2012-ci il oktyabrın 10-da paytaxtın Yasamal rayonunda baş verib. Zaur Şirinov tanışı və əvvəllər qonşuluğunda yaşamış Cəfər Axundovla Yasamal rayonu ərazisində yerləşən evdə narkotik vasitə qəbul edib.  

Daha sonra Zaur Şirinov Cəfər Axundovun narkotik sərxoşluğu vəziyyətində görüb, aralarında əvvəllər şəxsi münasibətlər zəminində baş vermiş mübahisəni bəhanə edib, onun qarın və sinə nahiyələrinə təpiklə zərbələr vurub. Cəfər Axundov aldığı çoxsaylı xəsarətlər nəticəsində ölüb. 
Daha sonra törətdiyi cinayəti gizlətmək və narkotik maddənin təsiri altında öz əcəli ilə ölməsi görüntüsünü yaratmaq məqsədilə həmin gün axşam saatlarında Cəfər Axundovun meyitini onun mülkiyyətində olan “Mercedes Benz C200” markalı, 90-LV-150 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına qoyubx Yasamal rayonu, “Qurd qapısı” adlanan ərazinin yaxınlığında yerləşən qəbiristanlığa aparıb.  

Avtomobildə cibinə şpris və içərisində narkotik vasitə izləri olan şüşə dərman qabını yerləşdirməklə oradan uzaqlaşıb. 

İstintaq orqanı tərəfindən Zaur Şirinovun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddələri ilə ittiham elan olunub. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin