Siyəzən rayonunun ucqar Hacışəkər və Yanıq Ələz kəndlərində iribuynuzlu mal-qara arasında yoluxucu xəstəlik yayılıb.
Bu barədə Bizim.Media-ya Siyəzən rayon İcra Hakimiyyətindən məlumat verilib.
Açıqlamaya görə, bu kəndlərdə 3 baş iri buynuzlu heyvan xəstəlik nəticəsində tələf olub.
Baytarların ilkin araşdırması nəticəsində heyvanların emfizamatoz karbunkul xəstəliyindən ölməsi məlum olub.
Heyvanlar arasında yoluxucu xəstəliyin yayılmasının qarşısını almaq üçün Siyəzən rayon Heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin əməkdaşları Haçışəkər və Yanıq Ələz kəndlərinə yola düşüb.
Həmin kəndlərdə iri buynuzlu heyvanlar arasında xəstəliyə qarşı peyvəndləmə işləri aparılacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


- A-
- A
- A+
Cəmiyyət
							14:52 / 18.07.2022
							
						Siyəzəndə mal-qara arasında yoluxucu xəstəlik yayılıb - Təcili tədbir görülməsə... ÖZƏL
						
							
								Hazırda oxunan: Siyəzəndə mal-qara arasında yoluxucu xəstəlik yayılıb - Təcili tədbir görülməsə... ÖZƏL							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Siyəzəndə mal-qara arasında yoluxucu xəstəlik yayılıb - Təcili tədbir görülməsə... ÖZƏL							
						84255
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































