Generalların həbsi və sədr Səfər Mehdiyevin işdən uzaqlaşdırılmasına baxmayaraq, Dövlət Gömrük Komitəsində yoxlamalar davam etdirilir.
Bizim.Media xəbər verir ki, sözügedən audit yoxlaması Dövlət Gömrük Komitəsində aparılan ilk əməliyyatdan sonra başlayıb.
Məlumata görə, indiyə qədər aparılan yoxlamalar nəticəsində Komitədə ciddi qanun pozuntuları aşkarlanıb.
Yoxlama bitdikdən sonra Baş Prokurorluqda müvafiq cinayət içinin açılacağı gözlənilir. Bakupost.az-ın məlumatına görə, bu cinayət işi çərçivəsində yeni həbslərin olacağı da bildirilir.
Yoxlamalarla bağlı Hesablama Palatasından DGK-da audit yoxlaması aparıldığını təsdiqləyiblər:
“Hazırda araşdırmalar davam edir. Nəticələr tam bəlli olduqdan sonra ictimaiyyətə məlumat veriləcək”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 18.07.2022
Gömrük Komitəsində yoxlama - Yeni həbslər gözlənilir
Hazırda oxunan: Gömrük Komitəsində yoxlama - Yeni həbslər gözlənilir
Hazırda oxunan: Gömrük Komitəsində yoxlama - Yeni həbslər gözlənilir
84227
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.