Dünən qeyri-çimərlik ərazilərdə 5 nəfər batıb

Hazırda oxunan: Dünən qeyri-çimərlik ərazilərdə 5 nəfər batıb

84193

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 91 yanğına çıxış və 12 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 17 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilib.

Həmçinin, Nərimanov rayonunda 1955-ci il təvəllüdlü Atayev Elman Hilal oğlunun meyiti bağlı qapı arxasında aşkar olunaq təhvil verilib.
Bundan başqa, dənizdə qeyri-çimərlik ərazilərdə batan 5 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin