Hərbi xidmətdən yeni qayıdan gənci öldürən sürücünün kimliyi məlum oldu

Hazırda oxunan: Hərbi xidmətdən yeni qayıdan gənci öldürən sürücünün kimliyi məlum oldu

84155

Xəbər verdiyimiz kimi, ötən gün Xaçmazda ağır qəza hadisəsi baş verib. Qəzada “Hyundai" markalı avtomaşın velosipedçini vurub. Velosipeddə olan gənc həyatını itirib. 

“Hyundai" markalı avtomaşının sürücüsünün kimliyi bəlli olub. Bu, rayonun Həbibkənd sakini Caid Şaməmməd oğlu Tağıyevdir.

Bizim.Media xatırladır ki, qəza nəticəsində dünyasını dəyişən 22 yaşlı Nazim ilqar oğlu İsayev hərbi xidmətdən yenicə qayıtmışdı.
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda velosipedçini avtomobil öldürdü


Xatırladaq ki, qəza ötən gün rayonun Yeni həyat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Nazim İsayev velosipedlə yolda hərəkətdə olarkən "Hyundai" markalı avtomaşın onu vurub. Gənc aldığı xəsarətdən ölüb.

Faktla bağlı Xaçmaz rayon polis şöbəsində cinayət işi açılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin