Təbii qaz üzünə həsrət qalan kənd: YENƏ SÖZ VERİRLƏR - FOTO/VİDEO

Hazırda oxunan: Təbii qaz üzünə həsrət qalan kənd: YENƏ SÖZ VERİRLƏR - FOTO/VİDEO

84068

Xaçmazın Ağarəhimoba kəndinin sakinləri Xaçmaz şəhərinin lap yaxınlığında yaşasalar da təbii qaz üzünə həsrətdirlər.

Bizim.Media-ya müraciət edən sakinlər deyir ki, təbii qaz  verilişi sarıdan blokadada qalmışıq, kəndimizin 4 ətrafındakı yaşayış məntəqələri qazlaşdırılsa da bu yenilik bizə gəlib çatmayıb.

Yerli əhalinin məlumatına görə, Ağarəhimoba kəndi Qımılqışlaq İnzibati Ərazi Dairəsinə daxildir, nümayəndəliyin digər 8 kəndi qazlaşsa da bura qaz xətti çəkilmək ildən ilə geri atılır:

"Qımılqışlaq kəndinin çıxışında bizim kənd istiqamətinə gedən yolda qaz çəkilməsi üçün yer də qoyulmuşdu, o vaxtdan 6 ilə yaxın vaxt keçib, kəndimizi qazlaşdırmaq müşkül məsələyə dönüb".

Ağarəhimoba kənd sakinləri  təbii qaz sarıdan çox əziyyət çəkdiklərini deyirlər. Bir maşın odunun qiymətinin baha olması, meşələrə girişin qadağan olunması onları məcbur edir ki, həyətlərindəki meyvə ağaclarını qırıb yandırsınlar.

Qazsızlıq problemindən  qış aylarında daha çox korluq çəkdiklərini deyən sakinlər "Azəriqaz" rəhbərliyindən onların kəndinin də mavi yanacaqla təmin edilməsində köməklik etməsini xahiş edirlər.

Məsələyə "Azəriqaz" İB-nin Xaçmaz regional qaz istismarı idarəsindən münasibət bildirildi. Açıqlama verildi ki, Ağarəhimoba kəndinin qaz xəttinin çəkilməsi üçün layihə hazırlanıb və Dövlət Proqramına salınıb. Qarşıdakı ildə qazlaşma işlərinə başlanılması üçün plana salınacaq.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

 

 









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin