Bütün yardımsevər insanların nəzərinə! "Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi" 3 yaşlı xərçəng xəstəsi Xədicə Cəfərzadə üçün xeyriyyə konserti təşkil edir.
Limfa xərçəngi diaqnozu qoyulan 3 yaşlı Xədicə Cəfərzadə hal-hazırda Ankara şəhərində, Hacettepe Xəstəxanasının Onkologiya bölməsində müalicə olunur. Xədicənin döş qəfəsində 10 sm böyüklüyündə cisim aşkarlanıb. Getdikcə artaraq ürəyi sıxır, ürək ritmini pozur və nəfəs almağına çətinlik yaradır. Ailəsi çarəsiz vəziyyətdədir, maddi imkanları yoxdur.
Məhs buna görə 5 iyul tarixində saat 17:00-da "Aygun City"də Xədicə üçün xeyriyyə konserti keçiriləcək. Konsertdə sənətçilərlə yanaşı, millət vəkili Qənirə Paşayeva da iştirak edəcək.
Konsertə bilet almaq istəyənlər 012-409-14-63 nömrəsi ilə əlaqə saxlaya bilər və yaxud bu facebook linkinə daxil olub (//www.facebook.com/pages/1-manat-1-heyat-Xedice-ucun/1075501812477528) səhifənin mesaj bölməsinə yaza bilərlər.
Biletin qiyməti 10 AZN-dır. Uşaqlara giriş pulsuzdur.
Bundan əlavə, "MilliÖn"dən ödəniş üçün terminala yaxınlaşaraq bank sistemlerindən "BANK RESPUBLİKA"-nı seçib birinci xanaya: 380194402350064201, ikinci xanaya isə 09628986 rəqəmlərini yazmaqla yardım edə bilərsiniz.
Online ödəniş üçün isə "Bankim.az" saytina daxil olun. Oradan sol tərəfdə aşağıda "KREDİTİN ÖDƏNİŞİ" düyməsini basın.
Yeni sehifədə Xədicə üçün açılan hesab nömrəsini: 380194402350064201 və şəxsiyyət vəsiqəsinin AZE: 09628986 əlavə edərək "SORGU" düyməsinə basın. Açılan yeni səhifədə ödəcəyiniz məbləği qeyd edirərək "Sorğu" düyməsini basin. Daha sonra məlumatın düzgünlüyünü yoxlayib "ÖDƏ" düyməsini basın. Sonda kartın məlumatlarını daxil edib, "APPROVE" düyməsini basın.

































































































