“Yüksəliş”in final mərhələsinin açılış mərasimi keçirildi - FOTO

Hazırda oxunan: “Yüksəliş”in final mərhələsinin açılış mərasimi keçirildi - FOTO

84036

Ötən gün “Bakı Ekspo Mərkəzi”ndə “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimi baş tutub.

Bizim.Media xəbər verir ki, açılış mərasimində müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təşkilat Komitəsinin üzvlərindən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, təhsil naziri Emin Əmrullayev iştirak ediblər. 

Gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyevin çıxışı ilə açıq elan olunan tədbir Təşkilat komitəsi üzvlərinin və ötən ilin “Yüksəliş” müsabiqəsi qaliblərindən Orxan Quliyevin nitqi ilə davam edib.

İdarəçi rəhbərlər çıxışlarında “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasında oynadığı əhəmiyyətli rolu vurğulayıb, müasir idarəçiliyin tələblərinə və rəqabətli insan kapitalının önəminə diqqət çəkiblər.

Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 116 nəfər iştirakçı mübarizə aparır. Qeyd edək ki, final mərasimində ali məktəblərin rektorları, dövlət və özəl strukturların rəhbərləri də iştirak edib.

Final mərhələsi 3 gün davam edəcək və müsabiqə 17 iyulda yekunlaşacaq.

Bu mərhələni uğurla keçən iştirakçıları 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin