Balakən Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.
Onlarla izahedici söhbətlər aparılıb və ümumilikdə 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:40 / 16.07.2022
Balakəndə ətraf mühiti çirkləndirənlər CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Balakəndə ətraf mühiti çirkləndirənlər CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Balakəndə ətraf mühiti çirkləndirənlər CƏRİMƏLƏNDİ
84000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.