Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, iyulun 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Qeyd edək ki, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın lll rüb üzrə ödəniləcək hissəsi (50 manat) də iyul ayının pensiyasının üzərinə əlavə olunub. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:16 / 16.07.2022
İyul ayı üzrə pensiyalar tam ödənildi
Hazırda oxunan: İyul ayı üzrə pensiyalar tam ödənildi
Hazırda oxunan: İyul ayı üzrə pensiyalar tam ödənildi
83942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.