1-ci Avropa oyunlarının uğurla başa çatması münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab Əliyev İlham Heydər oğluna və
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, 1-ci Avropa oyunlarının təşkilat komitəsinin rəhbəri Mehriban xanım Əliyevaya
Təbrik müraciəti!
Hörmətli cənab prezident İlham Əliyev və 1-ci Avropa oyunlarının təşkilat komitəsinin rəhbəri, millət vəkili Mehriban xanım Əliyeva!
Bütün Avropanın, o cümlədən dünyanın diqqət mərkəzində olan 1-ci Avropa oyunlarının uğurla başa çatması hər bir Azərbaycan vətəndaşı kimi məni də sevindirdi və qürur hissi oyatdı. Qısa bir zamanda dünya miqyaslı bir tədbiri təşkil edib, uğurla başa çatdırmaq fövqəladə bir zəhmət tələb edirdi. Xarici və daxili qüvvələrin bu tədbirə mane olmaq, qarayaxma cəhdlərinə baxmayaraq Sizin rəhbərliyiniz altında bütün Azərbaycan xalqı səfərbər olaraq 1-ci Avropa oyunlarını uğurla başa vurdu.
Əvvəllər xarici ölkələrin sıravi və sadə vətəndaşlarından Azərbaycan haqqında soruşanda cavab verməyə acizlik edirdilər. Yalnız Ümumilli Lider Heydər Əliyevin adını çəkəndə onlarda Azərbaycan haqqında təsəvvür yaranırdı. Azərbaycan məhs Ulu Öndər Heydər Əliyevin vətəni olduğuna görə tanınırdı. Hal-hazırda isə Sizin uğurlu apardığınız xarici siyasət, Bakıda keçirilən silsilə beynəlxalq tədbirlər, idman yarışları, son olaraq isə 1-ci Avropa oyunlari göstərdi ki, Azərbaycan bütün dünyada tanınır və hörmət edirlər.
Azərbaycan Sizin və Mehriban xanımın fövqəladə əməyi nəticəsində dünya ölkələri sırasında öz layiqli yerini tutmuşdur.
O, ki qaldı Azərbaycanı istəməyən, qarayaxma, uğurlarımıza kölgə salmaq istəyən ermənipərəst qüvvələrə, onlarda gec-tez haqsız olduqlarını dərk edib indiki tutduqları mövqeydən geri çəkiləcəklər.
Sonda 1-ci Avropa oyunlarının uğurla başa çatması münasibəti ilə Sizi və Mehriban xanım Əliyevanı ürəkdən təbrik edirəm.
Qeyd edək ki, bu təbrik Ali Baş komandan cənab İlham Əliyevə və Mehriban Xanım Əliyevaya uzun müddət dövlət və dövlətçiliyə sədaqətlə xidmət edən, ehtiyyatda olan polkovnik Əliyev Əbülfəz Cəlal oğlu tərəfindən ünvanlanıb.
Təbrikin sonunda Əbülfəz Əliyev üzləşdiyi haqsızlıqla bağlı bunları yazıb:
"Təbrik müraciətinin müəllifi Əliyev Əbülfəz Cəlal Oğlu iki ildən çoxdur ki, bir qrup yüksək vəzifəli şəxslər tərəfindən haqsızlığa məruz qalıb.
Belə ki, Xızının icra başcısı Xəzər Aslanovun qardaşı, Neftçalanin icra başcısı İsmayıl Vəliyevin qayını və şəriki, Fövqəladə Hallar Nazirliyində dələduzluq əməllərinə görə xidmətdən qovulmuş “polkovnik”x9d Rövşən Qəşəm oğlu Aslanov xarici vətəndaşlarla qabaqcadan əlbir olaraq Əbülfəz Əliyev və onun digər qohumlarına məxsus altı ailənin mülklərini satdıraraq və banklara girov qoyduraraq küllü miqdarda pul vəsaitini mənimsəmişdir. Bu gunə qədər adları yuxarıda qeyd olunan icra başcıları və Rövşən Aslanovun digər himayədarları bu məsələni hüquq-mühafizə orqanları tərəfindən obyektiv araşdırılmasına mane olurlar."































































































