Geyim Mədəniyyəti bədənini tanımaqdan başlayır - Gənc modolyer Leyla Babazadə

Hazırda oxunan: Geyim Mədəniyyəti bədənini tanımaqdan başlayır - Gənc modolyer Leyla Babazadə

83885

Mədəniyyət hər bir xalqın kimliyini və tarixini göstərən əsas məfhumdur. Bəs geyim mədəniyyəti necə? Uzun illər bundan öncə deyilən “geyiminə görə qarşıla, ağılına görə yola sal” –məsəli hələ də, qüvvədədir. Əbəs deyil ki, geyimin ağılı, yoxsa ağılın geyimi göstərməsi ilə bağlı mübahisələr hələ də, davam etməkdədir.

Bir şəxsin geyim üslubu və geyindiyi libaslar əsasən nəyin göstəricisidir? Bunu adətən zövqlə ölçənlərlə yanaşı, son dövrdə ciblə bağlayanlar da, az deyil. Doğurudanmı bir şəxsin yaxşı və zövqlü geyinməsi üçün bahalı və brend markaların məhsullarını geyinməsi mütləqdir?
Onlayn satışların artdığı bir vaxtda xaricdən geyim sifariş etmək heç də çətin deyil. Bu təqdirdə niyə bəzi vətəndaşlar geyimlərindəki rəng, ölçü kimi bəzi vacib faktorları tarazlaya bilmirlər? Bəs insan geyim mədəniyyətini formalaşdırmaq üçün nələri nəzərə almalıdır? 

“Geyim şəxsin necəliyini əks etdirən ən mühüm elementdir. Yəni onunla şəxsin zövqünü xarakterini hətta psixologiyasını da, müəyyən etmək mümkündür. Bu gün bir çox sosial şəbəkələrdə geyim mədəniyyəti, zövqlü və zövqsüz geyimlərlə  bağlı məlumatlar, geyimin üslub sirləri ilə bağlı online kurslar və informasiyalar çox genişdir. Bu kimi amillər insanlara geyim zövqünü formalaşdırmaqda təbii ki, müsbət təsir göstərir”.

Bu fikirləri Bizim.Media-ya “Geyim mədəniyyətinin formalaşması” mövzusunda açıqlama verən gənc modelyer Leyla Babazadə söyləyib.

Geyimin insanın daxili aləminin xarici təzahürü olduğunu söyləyən ekspertin fikrincə, geyim mədəniyyətini  formalaşmasında əsas faktor dünya görüşüdür.

“İnsan dünyanı gəzib,bir çox ölkələrin milli mədəni dəyərləri, geyim mədəniyyəti, incəsənəti əhatə edən sahələri ilə yaxından tanış olduqda (rəssamlıq, heykəltəraşlıq, memarlıq, musiqi və.s) o insanda nəyinki geyim mədəniyyəti, ümumi mədəniyyət formalaşır. Geyim mədəniyyəti ümumilikdə bir çox amillərə bağlıdır. Məsələn, moda yarandığı ölkənin iqlimi, təbii xammal mənbələri, onun adət-ənənələri, sosial-siyasi qurluşu, sənayesinin inkişaf səviyyiyəsindən asılı olaraq meydana çıxır”.

Açıqlamasında rahat geyim fonunda istədiyi hər şeyi geyinmək kimi qəbul olunan fikirlərin yalnış olduğunu vurğulayan gənc modolyer, rahat geyimlərlə də, stil yaratmağın mümkün olduğunu diqqətə çatdırıb.

“Geyim mədəniyyəti əslində çox dərin və geniş mövzudur. Hər kəs öz bədənini tanımalı və qüsurlarını bilməlidir. Bədəndə müvəqqəti və ya daimi şəkildə olan qüsurlar gizləndikdə, geyimlər insanın boyuna, kilosuna, bədən dərisinin və gözünü rənginə uyğun qurulduqda zövqlü görsənirsən.
Bu kimi şeylər insanın daxili aləmindən də xəbər verir. Adətən psixoloji durumu gərgin olan insanlar geyimlərinə əhəmiyyət vermirlər ki, bu da kənardan asanlıqla sezilir. İnsanlar da var ki, daha rahat üslubda geyinməyi sevirlər.

Rahat  geyinmək hər istədiyini  geyinmək demək deyil. Rahat geyimlərdə də stil yaratmaq olur. Minimalizmi, maksimalizmi və ya rəngarəngliyi sevən insanlar təbii ki, geyimlərində də onları tətbiq etməyə çalışacaqlar. Bu mənada moda və dəblə bağlı danışılacaq  incəliklər çoxdur”.

Leyla Babazadənin sözlərinə görə hər il dəyişən dəblə məcburən ayaqlaşmaqdansa, öz stilinizi tapmaq, qüsurlarını aradan qaldırmağa çalışmaq, bədən proporsiyalarına uyğun geyimlər geyinmək, uyğun rəng kolleksiyanızı müəyyən etmək və ona uyğun doğru tərz yaratmaq sizi hər zaman zövqlü göstərəcək:

“Dəb tez-tez dəyişir. Stillərin və trendlərin müxtəlifliyinə baxmayaraq, hər kəs stilini və qarderobunu formalaşdıran əsas şeyləri və aksessuarları özü seçməlidir. Stil həyatın və fəaliyyətin müəyyən bir formasıdır.
Stil həmçinin insanın daxili keyfiyyətlərinin ifadəsidir. Öz stilinizi formalaşdırmaqda bədəninizi tanımağınız əsas şərtdir. Əks halda doğru təyin edilməyən geyim bəzən insanlarda sizə qarşı yalnış təəssürat oyada bilər. Geyim elə seçilməlidir ki, bizim insani, şəxsi keyfiyyətimizi aşağı salmağa xidmət etməsin”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin