Həcc ziyarəti zamanı jurnalistlərə məhdudiyyət

Hazırda oxunan: Həcc ziyarəti zamanı jurnalistlərə məhdudiyyət

83828
Səudiyyə Ərəbistanı Krallığı bu il Həcc ziyarəti zamanı jurnalistlərin Məkkəyə və Mədinəyə daxil olmasına məhdudiyyət qoyub. 

  QMİ-dən APA-ya verilən məlumata görə, həmin vaxt Azərbaycandan gedəcək zəvvarların jurnalist fəaliyyəti məşğul olmasına qadağa qoyulacaq.   Səudiyyə Ərəbistanı Həcc Nazirliyi bildirib ki, peşəsindən asılı olmayaraq, hər bir müsəlman viza qaydalarına əməl etməklə yalnız zəvvar kimi ziyarətə gedə bilər. Krallıq Həcc ziyarəti zamanı hər hansı KİV-in çəkiliş aparmasına məhdudiyyət qoyub. Bu qərarın bölgədəki münaqişələrlə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində qəbul edildiyi bildirilir.   Qeyd edək ki, Azərbaycanda hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla olmayacaq. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin