BMT-dən Azərbaycana abortlarla bağlı TÖVSİYƏ

Hazırda oxunan: BMT-dən Azərbaycana abortlarla bağlı TÖVSİYƏ

83827

BMT Azərbaycana cins əsaslı abortların qarşının alınması ilə bağlı tövsiyə verib.

Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbəs müdiri Fərid Ədilov “BMT-nin CEDAW Konvensiyasının həyata keçirilməsinə dair 6-cı dövrü məruzəsinin yekun tövsiyələri barədə məlumat verərkən deyib.

O bildirib ki, BMT-nin Əhali Fondunun tövsiyələri sırasında təhsil, məşğulluq və səhiyyə xidmətlərinə dair məqamlar da yer alıb:

“Azərbaycanda universitetlərdə gender fənninin tədrisi alqışlanıb. Bununla belə, qızlar arasında təhsildən yayınma halları ilə bağlı narahatlıq ifadə edilib. Qadınların STEM-də iştirakçılığının artırılması, ucqar ərazilərdə yaşayan qızların təhsilə çıxış imkanlarının artırılması tövsiyə edilib.

Məşğulluq sahəsinə gəldikdə isə, qadınların əməyinin qadağan olduğu iş yerlərinin ləğvinə dair qərarın qəbul edilməsi müsbət qiymətləndirilib. Belə iş yerlərinin sayı 674-dən 204-ə salınıb. Lakin bu sayın daha da azaldılması məqsədəuyğun hesab edilir”.
Fərid Ədilov əlavə edib ki, “Reproduktiv sağlamlıq haqqında” Qanunun qəbul edilməsi əsas tövsiyələr sırasındadır. Bundan əlavə, cins-əsaslı abortların qarşının alınması kimi məqamlar da tövsiyə sənədində əksini tapıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin