Xəzərdə beynəlxalq kruiz MARŞRUTU - Bu tarixdən 

Hazırda oxunan: Xəzərdə beynəlxalq kruiz MARŞRUTU - Bu tarixdən 

83809

Xəzər dənizinin suları ilə həmsərhəd olan beş ölkədə dairəvi kruiz marşrutu açılacaq. 

Bizim.Media “Kazinform”a istinadən xəbər verir ki, hazırda bununla bağlı ölkələr müvafiq işlər görür və əsas məsələləri həll edirlər. 

Xüsusilə, bu marşrut üçün (Qazaxıstan, Türkmənistan, İran, Azərbaycan və Rusiya) Həştərxanda “Rus Velikaya” adlanacaq kruiz layneri tikilir. 

Qazaxıstanın Sənaye Nazirliyinin Nəqliyyat Komitəsinin sədri vəzifəsini icra edən Qasım Tlepovun sözlərinə görə, gəminin istehsalının gələn il başa çatacağı gözlənilir. O, turist gəmisinin marşrutunu da açıqlayıb. 
Belə ki, gəmi Həştərxandan Aktauya, Aktaudan Türkmənistanın milli turizm zonası olan “Avaza”ya, oradan İranın Əmirabadına, daha sonra isə Bakıya və Mahaçqalaya yan alacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin