Xəbər verildiyi kimi ötən gün Göyçay rayonunda qidadan kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının yas mərasimində olub.
Məclis iştirakçılarından təxminən 15-ə yaxın şəxs ishal və qusma əlamətləri ilə təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və müalicəyə götürülüb.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova Bizim.Media-ya açıqlamasında zəhərlənən şəxslərin hamısının vəziyyətinin normal olduğunu və bu gün evə buraxıldıqlarını bildirib.
MÖVZU İLƏ BAĞLI:
Göyçayda yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 15 NƏFƏR...
TƏBİB sözçüsü əlavə edib ki, zəhərlənmənin konkret hansı qidadan baş verdiyindən məlumatsızdırlar. Ehtimallara görə zəhərlənməyə səbəb qarpız olub.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Alçina Amilqızı, Bizim.Media