Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 109 yanğına çıxış və 12 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 14 nəfər, o cümlədən “Mərdəkan”, “Türkan”, “Mingəçevir” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi olan 3 nəfər dalğıc-xilasedicilərin çevik müdaxiləsi nəticəsində xilas edilib.
Həmçinin, Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışına dalğıc-axtarış qrupu cəlb edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:17 / 15.07.2022
Ötən sutka 109 yanğın olub, 14 nəfər xilas edilib
Hazırda oxunan: Ötən sutka 109 yanğın olub, 14 nəfər xilas edilib
Hazırda oxunan: Ötən sutka 109 yanğın olub, 14 nəfər xilas edilib
83799
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.