Şabran rayonunda 15 yaşlı oğlan hisə verilmiş balıqdan zəhərlənib.
Bizim.Media xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat katibi Elnur Hidayətoğlu məlumat verib.
O bildirib ki, rayon sakini, 2007-ci il təvəllüdlü Vüsal Mirzəgülov yaşadığı evdə hisə verilmiş balıq yeyəndən sonra səhhəti qəfil pisləşib.
"O valideynlərinin köməkliyi ilə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, müalicələr nəticə verməyib. Yeniyetmə ağır vəziyyətdəTəcili Tibbi Yardım maşını ilə Kliniki Tibbi Mərkəzin tabeliyindəki 2 saylı Klinik Uşaq Xəstəxanasına yerləşdirilib və süni tənəffüz aparatına qoşulub. Həkimlərin müdaxiləsindən sonra onun həyatını xilas etmək mümkündür. Hazırda uşağın vəziyyəti stabildir",-E. Hidayətoğlu deyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:13 / 15.07.2022
Şabranda 15 yaşlı uşaq balıqdan zəhərləndi
Hazırda oxunan: Şabranda 15 yaşlı uşaq balıqdan zəhərləndi
Hazırda oxunan: Şabranda 15 yaşlı uşaq balıqdan zəhərləndi
83782
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.