“ASAN Xidmət” mərkəzləri ilə bağlı fərmana dəyişiklik edildi

Hazırda oxunan: “ASAN Xidmət” mərkəzləri ilə bağlı fərmana dəyişiklik edildi

83703

Prezident İlham Əliyev “Bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 17 yanvar 2019-cu il tarixli fərmanında dəyişiklik edib. 

Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən, “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda nəzərdə tutulmuş xidmətlərin kiçik və orta biznes evlərində həyata keçirilməsi xidməti yalnız “ASAN Xidmət” mərkəzlərinə aid edilməyəcək. 

Bu istisna həm də “DOST” mərkəzlərində əmək pensiyalarının təyin edilməsi xidmətinə aiddir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin