Azərbaycanda qazlaşdırılmamış yaşayış məntəqələrinə mavi yanacağın verilməsinə nə mane olur? – RƏSMİ CAVAB

Hazırda oxunan: Azərbaycanda qazlaşdırılmamış yaşayış məntəqələrinə mavi yanacağın verilməsinə nə mane olur? – RƏSMİ CAVAB

83701

Azərbaycanda kənd və qəsəbələrin qazlaşdırılması prosesi ardıcıl şəkildə hər il davam etdirilir. Amma bu sahədə müəyyən problemlər də var. Bir sıra hallarda kənd sakinləri qaz borusunun kəndin ərazisindən keçməsinə baxmayaraq, həmin yaşayış məntəqəsinin qazlaşdırılmamasından şikayətlənirlər.

Bunu kənd sakinləri ayrı-seçkilik kimi dəyərləndirir. Belə vəziyyətlə Qaxın Zərnə və Şəkinin Aşağı Layısqı kənd sakinləri üzləşiblər.

Məsələ barədə Bizim.Media-ya açıqlama verən “Azəriqaz”İB-nin mətbuat xidməti rəhbəri Eldəniz Vəliyev öncə bildirdi ki, ölkə ərazisinin 96,3 faizi artıq qazlaşdırılıb:
 

MÖVZU İLƏ BAĞLI:

Daşkəsənin 34 yaşayış məntəqəsində qaz yoxdur, çəkilməsi də planlaşdırılmır - FOTO


“Cəmi 4 faizdən bir qədər az qazlaşdırılmayan yer qalıb. Say nisbətinə gəldikdə, 900-ə yaxın kiçik kənd massivləri var ki, hələlik qazlaşdırılmayıb. Cari ildə isə 110 kənd və qəsəbənin qazlaşdırılması prosesi başa çatdırılacaq”. 

Qaxın Zərnə və Şəkinin Aşağı Layısqı kəndinin qazla təminatında yaşanan problemə gəldikdə, “Azəriqaz” rəsmisi belə vəziyyətin yaranmasını həmin kənddən keçən qaz borusunun yüksək təzyiqli olması ilə əlaqələndirib: 

“Bəzi yerlərdə hər hansı bir kəndin ortasından qaz borusu keçsə də, həmin kəndə qazın çəkilməməsi isə qaz borusundan ötürülən qazın yüksək təzyiqli olması ilə bağlıdır. Hansı ki, yüksək gərginlikli qaz kəməri kəndlərə verilmək üçün nəzərdə tutulmur. Belə yerlərdə stansiyalar qurulmalıdır ki, təzyiq aşağı salınsın və həmin kənd qazla təmin edilsin. Bu sahədə işlər mərhələli şəkildə aparılır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin