DİN-dən Vətən müharibəsi iştirakçısının iddiaları ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: DİN-dən Vətən müharibəsi iştirakçısının iddiaları ilə bağlı AÇIQLAMA 

83656

Salyan rayonunun Varlı kənd sakini, Vətən müharibəsinin iştirakçısı Kamil Məmmədov iyulun 13-də sosial şəbəkədə paylaşdığı videogörüntüdə rayonun icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları tərəfindən guya təzyiqə məruz qaldığını bildirib.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, K.Məmmədovun iddiası həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, K.Məmmədov Vətən müharibəsinin iştirakçısı olaraq həmişə diqqət və qayğı ilə əhatə olunub: 
 

MÖVZU İLƏ BAĞLI:

Elvin Məmmədov yalandan ölüm xəbərini yayanlarla bağlı videomüraciət etdi 


“Ona 12 sot həyətyanı, 50 sot isə əkin üçün torpaq sahəsi verilib, Aqrar İnkişaf Mərkəzinin Baytarlıq Şöbəsində işlə təmin edilib və maddi yardım ayrılıb. Bütün bunlara baxmayaraq K.Məmmədov ötən ilin avqust ayında rayon polis şöbəsinə ərizə ilə müraciət edərək kəndin icra nümayəndəsinin onu təhqir etdiyini bildirib.

Bununla bağlı aparılan araşdırma zamanı fakt təsdiqini tapmayıb. O, şikayətlərini davam etdirdiyi üçün yenidən polis şöbəsinə dəvət edilərək onunla müvafiq söhbətlər aparılıb, izahlar verilib. Bundan sonra K.Məmmədov yenidən ərizə verərək heç bir şikayətinin və tələbinin olmadığını bildirib. Şöbədə olarkən ona qarşı nəinki hər hansı bir qanunsuz hərəkət edilməyib, əksinə ona diqqət və hörmətlə yanaşılıb”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin