İyulun 13-də sosial şəbəkələrdə Xaçmaz rayonunda Vətən Müharibəsi qazisi Yusif Seyfulla oğlu Əsədullayevin intihara cəhd etməsi ilə bağlı söz-söhbətlər yayılıb.
Hadisə ilə bağlı Bizim.Media-ya danışan Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Vüqar Vərzəliyev yayılan iddialara aydınlıq gətirib:
“Qazinin ata evinin bağ sahəsində intihara cəhd etdiyi deyilir. Onun hansı səbəbdən bu yola əl atdığını deyə bilmərik. Yusif Əsədullayev dünən müvafiq yoxlamalardan keçmək üçün Bakıya göndərilib. Onun boğazında deyil, ayağında iki yerdə xəsarət izi var. Bu məsələ yoxlamanın cavabından asılı olaraq hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq".
Vüqar Fərzəliyev qeyd edib ki, Vətən Müharibəsi qazisinin həyat yoldaşı iki uşağı ilə birgə iki gün əvvəl Sumqayıt şəhərinə yollanıb:
“Yusif Əsədullayevə dövlət tərəfindən bütün imtiyaz, eləcə də güzəştlərə uyğun olaraq kömək, yardım edilib və edilir. O hazırda Xaçmaz şəhərində kirayədə yaşayır. Evinin kirayə haqqı 2021-ci ilin may ayından etibarən İcra hakimiyyətinin daxili imkanları hesabına ödənilir. Qazi mənzil növbəsinə də götürülüb”.
Şöbə müdiri hesab edir ki, Yusifin intihar cəhdinin ailəvi, yaxud digər səbəblərdən dolayı baş verməsi araşdırmalardan sonra məlum olacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:12 / 14.07.2022
Özünü öldürməyə cəhd edən qazi ilə bağlı Xaçmaz İcra Hakimiyyətindən AÇIQLAMA
Hazırda oxunan: Özünü öldürməyə cəhd edən qazi ilə bağlı Xaçmaz İcra Hakimiyyətindən AÇIQLAMA
Hazırda oxunan: Özünü öldürməyə cəhd edən qazi ilə bağlı Xaçmaz İcra Hakimiyyətindən AÇIQLAMA
83638
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.