Xaricdə cinayət əməlinə görə təqsirləndirilən 3 şəxs Azərbaycana təslim edildi

Hazırda oxunan: Xaricdə cinayət əməlinə görə təqsirləndirilən 3 şəxs Azərbaycana təslim edildi

83561

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, xüsusilə cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. 

Ədliyyə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, dövlətimiz müxtəlif ölkələrlə ikitərəfli müqavilələr, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar üzrə cinayət törətmiş şəxslərin təslim edilməsi (ekstradisiya) və digər sahələrdə effektiv qarşılıqlı fəaliyyət həyata keçirir. 

Bu işdə səmərəliliyin yüksəldilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən xarici tərəfdaşlarla sıx əlaqələr qurulub, mütəmadi görüşlər keçirilərək danışıqlar aparılır.

Qeyd edilən sahədə effektivliyin və operativliyin artırılması üçün yeni mexanizmlər tətbiq olunur, o cümlədən sənədlər elektron qaydada göndərilir. 
Ölkəmizdə insan hüquqlarının təmin olunması, məhkəmə, ədliyyə, o cümlədən penitensiar sahədə aparılan islahatların, xüsusilə məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılmasının nəticəsidir ki, qabaqcıl Avropa dövlətləri bu sahədə ölkəmizdəki vəziyyəti təqdir edərək ekstradisiya ilə bağlı müsbət qərarlar qəbul edirlər. 

Belə ki, təkcə ötən aylarda qəsdən sağlamlığa ağır zərər vurma, cinayətkar birlikdə iştirak etmə, rüşvət vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dələduzluq cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən bir sıra şəxslər Ədliyyə Nazirliyi tərəfindən Almaniya, Polşa, Türkiyə, İran və Ukraynadan ölkəmizə gətirilib. 

Bu günlərdə isə qanunsuz olaraq psixotrop maddələrinin dövriyyəsi ilə bağlı cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxsin Polşadan ölkəmizə təslim edilməsi təmin olunub. 

Həmçinin, insanların etibarından sui-istifadə edərək dələduzluqda təqsirləndirilən digər 2 şəxsin yerləri Şimali Makedoniyada və Polşada müəyyən edilərək ölkəmizə ekstradisiyasına nail olunub. 
Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini heç yerdə təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin