Xəbər verdiyimiz kimi, Bulvar otelində Avropa Oyunlarının yekunlarına həsr olunan tədbir keçirilir.
Moderator.az xəbər verir ki, prezident İlham Əliyev ilk Avropa Oyunlarında qalib gələn idmançıları da mükafatlandırıb. Belə ki, yarışda qızıl medal qazanan idmançılar “Şöhrət”x9d, bürünc medal sahibləri isə “Tərəqqi”x9d medalına layiq görülüb.
Oyunlarda qızıl medal qazanan karateçimiz Firdovsi Fərzəliyev, İlahə Qasımova və bürünc medalçılarımız Niyazi Əliyev, Elman Muxtarov onlara təqdim edilən mükafatları instagram hesablarında paylaşıblar.
Qeyd edək ki, yarışların qaliblərinə pul mükafatları da nəzərdə tutulub.
Mükafatçılar arasında taekvandoçumuz Ayxan Tağızadə də var.
***
Prezident həmçinin Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Babayev Nazim Tahir oğlu, İbrahimov Hayle Desta və Məcidov Məhəmmədrəsul Yusupoviçi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”x9d ilə təltif edib.































































































