"Şabranda 3 gün davam edən meşə yanğının alovu tam sönsə də, közlər qalmaqdadır.
Bu səbəbdən FHN-nin bir helikopteri və yanğınsöndürən avtomobillər közərmə olan yerlərə baxış keçirir və közlər söndürülür. Alovlanmanın qarşısını almaq üçün bütün zəruri tədbirlər görülür".
Bunu Bizim.Media-ya Şabran İH başçısının müavini İlkin Ağayev bildirib.
Onun sözlərinə görə, yanğının miqyası hələ tam məlum deyil:
"Bu, araşdırmalardan sonra məlum olacaq".
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu