Bakıda vətəndaşın pulunu ələ keçirən şəxs polislərə hücum çəkdi - TƏFƏRRÜAT 

Hazırda oxunan: Bakıda vətəndaşın pulunu ələ keçirən şəxs polislərə hücum çəkdi - TƏFƏRRÜAT 

83476

Bakının Yasamal rayonunda vətəndaşın şikayəti əsasında saxlanılan 1978-ci il təvəllüdlü Rafiq Cabbarov (ad şərtidir – red.) polislərə müqavimət göstərib.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Rafiqin barəsində bir vətəndaş Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə şikayət edib.  

Vətəndaş şikayətində qeyd edib ki, Rafiq onu aldadaraq 6400 manatını ələ keçirib. Bununla bağlı polis əməkdaşları Rafiqin yaşadığı ünvana gediblər və onu şikayət olunan iş üzrə izahat verməsi üçün polis bölməsinə dəvət ediblər.  

Bu zaman Rafiq polis bölməsinə getməkdən imtina edib, onlara tabesizlik göstərib. O, əsassız yerə polis əməkdaşları ilə mübahisə yaradıb.  
Faktla bağlı Rafiqin barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.  

İş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib.  

Hakim Murad Məmmədovun sədrliyi ilə baş tutan iclasda inzibati qaydada yazılmış cəza növü araşdırılıb. Rafiq 10 gün müddətinə inzibati qaydada həbs olunub.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin