Erməni xalqının xilası yalnız həmin qüvvədədir - Habil Şirinov

Hazırda oxunan: Erməni xalqının xilası yalnız həmin qüvvədədir - Habil Şirinov

83464
Birinci Qarabağ savaşının iştirakçısı olan hərbi həkim Habil Şirinov İrəvanda yaşanan son olaylara münasibət bildirərək erməni analarına Sarkisyandan qurtulmağın və işğala son qoymağın ən doğru yol olduğunu vurğulayıb:

"Erməni ictimaiyyəti doğru yoldadır. Çünki Azərbaycan torpaqları hesabına yaranan Ermənistan adlı terrorçu dövlətin apardığı siyasət işğalçılıq, mübarizəsi isə ədalətsizldir. Biz öz doğma torpaqlarımız uğrunda on minlərlə şəhid vermişik. Bəs onlar öz həlak olan vətəndaşlarını nə adlandırırlar? Erməni xalqının faciəsi üzərində xoşbəxtlik axtarışına çıxan erməni diasporu  beynəlxalq terror təşkilatlarının sifarişi və dəstəyi ilə aparılan bu müharibəyə sadəcə gəlir mənbəyi kimi baxır. Bu günə qədər nə qədər erməni anaları öz övladlarını itirib? Əgər işğala son qoymasalar erməni gənclərini bundan da dəhşətli aqibət gözləyir. 
Biz Qarabağ müharibəsinin iştirakçıları torpaqlarımızın uzun müddət işğal altında qalmasına, ŞƏHİDLƏRimizin qisasının alınmasının uaznmasına artıq dözə bilmirik. Xalqımız və milyonadək didərginimiz bu işğalın nəticələrindən boğaza yığılıb. Odur ki, döyüşə hazırıq və əmr gözləyirik. Uduzan ermənilər olacaq. Nə qədər gec deyil, qaniçən Sarkisyan rejimini devirin və hakimiyyətə işğala son qoyaraq Azərbaycan torpaqlarını boşaltmaq iqtidarında olan qüvvələri gətirin. Erməni xalqının xilası yalnız həmin qüvvədədir."



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin