Xəbər verdiyimiz kimi, Şabran rayonunda ötən gün söndürülən meşə massivindəki yanğınlar yenidən güclənmişdi.
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, yanğın yerinə Siyəzəndən 1, Sumqayıtdan 2, Şabrandan 2 yanğınsöndürmə avtomobili, 1 helikopter və 100 nəfər canlı qüvvə cəlb olunub.
Bundan əlavə Şabran rayon İcra Hakimiyyətinə və Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinə məxsus 10 ədəd xüsusi texnika yanğının söndürülməsinə cəlb olunub.
Həmçinin Gəndab-Yalama avtomobil yolunda avtomobillərin hərəkəti bərpa olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
*** 14.27
Şabran rayonunda ötən gün söndürülən meşə massivindəki yanğınlar yenidən güclənib.
Bizim.Media-ya Şabran rayon İH-dən verilən məlumata görə, Ağalıq və Təzəkənd meşələrində alov sürətlənib.
Hazırda həmin meşə massivində Yalama, Xızı, Siyəzən rayonlarından və Şabranın özündən olmaqla 5 yanğınsöndürən avtomaşın və işçi qüvvəsi işləyir.
Bildirilib ki, isti hava və külək alovun güclənməsinə səbəb olub. Həmçinin Şabranın Ağalıq kəndində Gəndab-Yalama yolu yenidən bağlanıb. İH-nın məlumatına görə, buna yolun hər iki istiqamətində alovun sürətlənməsi səbəb olub.
Son 3 gündə artıq 3-cü dəfədir yolun bu hissəsi sürücülərin üzünə bağlanır. Nəqliyyat vasitələrinə alternativ olaraq Bakı-Quba yolunun 130-cu kilometrindən - Şabranın Gəndab kəndindən Quba yolu ilə hərəkət etmək tövsiyə edilir.
Bununla yanaşı bildirilib ki, FHN-nin helikopteri bu gün Şabranda alovu söndürmək 25 dəfə reys edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:16 / 12.07.2022
Gəndab-Yalama yolunun hərəkəti bərpa olundu - YENİLƏNİB/VİDEO
Hazırda oxunan: Gəndab-Yalama yolunun hərəkəti bərpa olundu - YENİLƏNİB/VİDEO
Hazırda oxunan: Gəndab-Yalama yolunun hərəkəti bərpa olundu - YENİLƏNİB/VİDEO
83402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.