Prezident Administrasiyasının ləğv edilən İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus "Bakı 24”, "Kaspi AZ”, "Mətbuat Evi”, "Golden Prince”, "Global Advertisment” MMC-lər, eləcə də "Kaspi Co” MTK ləğv olunub.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər” qəzeti elan yayıb.
MÖVZU İLƏ BAĞLI:
Əli Həsənovun dövləti və dövlətçiliyi aldatması haqda bəzi düşüncələr
Əli Həsənovun oğlu ABŞ-a köçdü - Pullarını da ölkədən çıxarır - FOTO
“Vəzifəli şəxslər niyə susur?” – Tanınmış vəkil Əli Həsənov və oğlunun ABŞ-dakı biznesindən danışdı
“Əli Həsənov mənə casusluq təklif etdi” - Ramin Hacılı
Əli Həsənovun 100 günü... PA-nın keçmiş şöbə müdiri və oğlu hardadır?
Bildirilib ki, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, bu kommersiya qurumlarına Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.
Bizim.Media