“Erməni səngərlərində qalaq-qalaq narkotik vardı” – Xüsusi Təyinatlı GİZİRİN GÖRDÜKLƏRİ

Hazırda oxunan: “Erməni səngərlərində qalaq-qalaq narkotik vardı” – Xüsusi Təyinatlı GİZİRİN GÖRDÜKLƏRİ

83377

İllər boyu Qafqazda özlərini güclü və qalib ordu kimi təqdim edən ermənistan ordusu demək olar ki, Vətən müharibəsindən sonra tam olaraq ifşa edildi. İstər ordudakı özbaşnalıqlar, istərsə də tükürpədici üsullarla idarəetmə faktları Azərbaycan əsgəri tərəfindən ortaya çıxarıldı. 
Onların birindən söhbət açacağıq.

Düşmənin eşalonlarının yarılıb dayaq məntəqələrinin ələ keçirilməsi hərbi əməliyyatlarında iştirak etmiş döyüşçü həmin epizodlardan birini Bizim.Media-ya açıqlayır: 

“Birinci eşalonun yarılmasında düşmən çox ciddi müqavimət göstərirdi. Mən deməzdim onlar postları qoyub qaçırdılar. Qaçanları Azərbaycan ordusu qaçmağa vadar edirdi. Biz cəbhənin Füzuli rayonu istiqamətində müdafiyə səddini yarıb dayaq məntəqələrinə daxil olanda gördüklərimizdən təəccübləndik. Onların sığnacaqlarında sursat və yeməklə yanaşı narkotik vasitələr də var idi. Onlar arasında kimyəvi tərkibli maddələr xüsusi ilə üstünlük təşkil edirdi. Mən öz gözlərimlə “kakos” və metamfetamini daha çox gördüm”.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ ermənilərinə İrəvandan hansı göstəriş gəlib? – Laçında baş verən SON TALANLAR 


Bu sözləri 44 günlük müharibə zamanı əlahiddə kəşfiyat taborunun xüsusi təyinatlı bölüyündə baş gizir kimi xidmət göstərən Asim Əliyev deyir.

O, Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində xüsusi təyinatlı qruplardan birinin komandiri kimi döyüşüb. Müharibənin sonlarına yaxın ağır yaralanaraq sağlamlığını itirib. 

Asim danışır ki, döyüş boyu ən ciddi müqavimət gördüyümüz dayaq məntəqələrini dağıdıb ələ keçirdikdən sonra orada narkotik vasitələrə rast gəldik:

“Hətta elə meyitlər var idi ki, onların ciblərindən də çıxmışdı. Onların əksəriyyəti ortayaşlı və yaşlı döyüşçülər idi. Qarşımızda zombiləşdirilmiş bir ordu var idi. Ermənilər onları narkotik vasitələrin təsiri altına salaraq idarə edirdi”. 

Asim Əliyev deyir ki, müharibə zamanı ayağından zəncirlənmiş əsgərləri də hamımız gördük. Onların döyüşməkdən başqa çıxış yolları yox idi. Narkotiklərin təsiri altında və ya zəncirlənmiş şəkildə ölümlə barışmış bir sürü zombidən ibarət idi erməni ordusu:

“Qalib ordu mifini darmadağın edən Azərbaycan əsgəri əslində Ermənistan hakimiyyətinin əsil mahiyyıtini də ortaya qoymuş oldu. Bu ölkənin nəinki ordusuna, heç hakimiyyət təmsilçisinə də inamı, etibarı yox idi. Döyüşlər zamanı çox ağır səhnələrlə qarşılaşdıq. Bir çoxunu danışmaq olmur, amma indi baxın, kimdir əsil məğlubedilməz əsgər? Biz bu qələbəmizlə və Müzəffər Ali Baş Komandanımızla həqiqi tarixi yazmış olduq. Gələcəyə də yalnız həqiqətin içindən yerimək və var olmaq mümkündür”. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin