DSX: “Lənkəranda dənizdə köməksiz qalan şəxs xilas edilib” - FOTO

Hazırda oxunan: DSX: “Lənkəranda dənizdə köməksiz qalan şəxs xilas edilib” - FOTO

83372

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir. 

Bizim.Media Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, 10 iyul tarixində saat 21:15-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinə Lənkəran rayonunun Kənarmeşə kəndi istiqamətində dənizdə bir nəfərin batması barədə məlumat daxil olub. 

Qısa müddət ərzində Sahil Mühafizəsinin “Tufan” gözətçi gəmisi həmin istiqamətə göndərilərək sutkanın qaranlıq vaxtı axtarış tədbirlərinə cəlb olunub. 

Saat 21:10-da sahildən təxminən 1000 metrədək məsafədə köməksiz vəziyyətdə qalmış Lənkəran rayon Kənarmeşə kənd sakini 13 aprel 1975-ci il təvəllüdlü Mustafayev Rameş Qubad oğlu xilas olaraq sudan çıxarılıb. 
İlkin tibbi yardımın göstərilməsindən sonra qeyd olunan şəxs ailə üzvlərinə təhvil verilib. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin