“Humanist, mənəviyyatlı insanların daha çox pul qazanmasına şərait yaradılan cəmiyyətlərdə həmin şəxslər də xarakterindən, dindən və vicdandan irəli gələrək, etdikləri yardımları, maddi, mənəvi dəstəyi əsasən yoxsullara, ehtiyacı olanlara yönəldirlər”.
Bunu Bizim.Media-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanda imkanlı şəxslərin yoxsula, imkansıza, tələbəyə yardım etməkdən daha çox şou əhlinə, müğənnilərə, məşhurlara pul xərcləmələri, onlara bahalı hədiyyələr almağa meylli olmaları səbəbindən danışarkən deyib:
“Uzun müddətli təhlildən sonra bu qənaətə gəlmişəm ki, mənəviyyatlı, imanlı insanların maddiyatının, biznesinin inkişaf etdirilməsinə kömək edilən cəmiyyətlərdə belə problemlər adətən olmur.
Bunun əksinin baş verdiyi, yəni özünü daha çox maddiyyatla gözə soxan, yaltaq, riyakar adamların imkanlı olmalarına şəraitin yaradıldığı cəmiyyətlərdə isə həmin imkanlı şəxslər yoxsul və imkansıza, tələbəyə deyil, şou əhlinə, müğənnilərə pul xərcləməyə, onlara bahalı hədiyələr verməyə meylli olurlar.
Yaşadığımız cəmiyyətdə mənəviyyatlı insanlar heç də az deyil. Sadəcə olaraq, məhz mənəviyyatlı adamların maddi imkanları aşağı olduğundan imkanlı şəxslərin “qayğısından” da əsasən şou əhli yararlanır. Bu problemin olmaması üçün cəmiyyətin yaltaq, riyakarlar deyil, humanist insanların daha çox zənginləşməsinə imkan yaratması zəruridir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:55 / 12.07.2022
“Bizim imkanlı adamlar ancaq müğənni xanımlara yardım edirlər” – Bu nəyin GÖSTƏRİCİSİDİR?
Hazırda oxunan: “Bizim imkanlı adamlar ancaq müğənni xanımlara yardım edirlər” – Bu nəyin GÖSTƏRİCİSİDİR?
Hazırda oxunan: “Bizim imkanlı adamlar ancaq müğənni xanımlara yardım edirlər” – Bu nəyin GÖSTƏRİCİSİDİR?
83352
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.