“Akkord”un keçmiş sədri İlqar Hacıyev ABŞ-ın Los-Ancelos şəhərində xristian simvolikasında iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə “YouTube”da video paylaşılıb. Xristianlığı qəbul ayinində “Akkord”un keçmiş rəhbərinə sual verilib ki, “siz həqiqətən inanırsızınız ki, İsa peyğəmbər bizim günahlarımıza görə ölüb və xilaskarınıza çevrilib?”
İkinci sualda isə İlqar Hacıyevdən soruşulub ki, siz ömrünüzün qalan hissəsini İsaya vicdanla və ürəkdən xidmət etməyə söz verirsinizmi?
“Akkord”un keçmiş sədrinin cavabları müsbət olub və onu suya salıb-çıxartmaqla digər şahidlərin də önündə xristian kimi qəbul ediblər.
Məlum olduğu kimi, Xaç suyuna salınma xristianlıqda qəbul olunan dini ritualdır. Və adətən körpə dünyaya gələndə bu ritual həyata keçirilir. Bu isə o deməkdir ki, bu körpə artıq xristiandır.
Qeyd edək ki, İlqar Hacıyev Rusiyanın Dağıstan Dövlət Universitetinin məzunudur.
2019-cu ilə qədər o, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun müşaviri vəzifəsində çalışıb. 2019-cu ilin yanvarında Londonda “Rusiyada biznesin şəffaflığı və korporativ reydlərə qarşı Mübarizə Mərkəzi”ni təsis edib.
Xatırladaq ki, İlqar Hacıyev 2005-2009-cu illər ərzində Azərbaycanda fəaliyyət göstərən və qısa müddətdən sonra Qazaxıstan, Özbəkistan, Ukrayna, Gürcüstan, Türkiyə, Əfqanıstan kimi ölkələrdə də beynəlxalq əhəmiyyətli infrastruktur layihələri yerinə yetirən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin rəhbəri olub.
33 yaşında onun büdcəsi 4 milyarddan çox idi. Son illər Berlində fəaliyyət göstərdiyi deyilən İlqar Hacıyev haqqında “Forbes” jurnalı da məqalə dərc edib.
Sizə həmin mərasimdən hazırlanan videonu təqdim edirik:
Bizim.Media