TƏBİB-dən arı sancmasından ölən gənc oğlanla bağlı AÇIQLAMA 

Hazırda oxunan: TƏBİB-dən arı sancmasından ölən gənc oğlanla bağlı AÇIQLAMA 

83206

Ağstafa rayonu, Yenigün kəndində qonaq olan Şəmkir rayon sakinini arı vurması ilə bağlı 09 iyul tarixində saat 18:00 radələrində Təcili Tibbi Yardıma (TTY) çağırış daxil olub.

TƏBİB-dən Bizim.Media-ya verilən xəbərə görə, TTY briqadası 18:07 radələrində həmin ünvanda olarkən vətəndaşın hadisə yerində öldüyü məlum olub.

Vətəndaşa həkimlər tərəfindən heç bir iynə vurulmayıb. Hadisə barədə rayon hüquq mühafizə orqanlarına anında məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ağstafada arı sancan gənc oğlan ÖLDÜ


Daha sonra vətəndaşın nəşi adiyyəti üzrə araşdırılması üçün Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Oradan meyit basdırılması üçün ailəsinə verilib.

Bir gün meyitdə həyat əlamətləri zənn edən ailə üzvləri meyiti Gəncədə yerləşən özəl xəstəxanalardan birinə aparıblar. Orada kliniki ölüm təsdiq olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin