Şəhid Alim Quliyevin əmisi balıqdan zəhərlənərək öldü - TƏFƏRRÜAT

Hazırda oxunan: Şəhid Alim Quliyevin əmisi balıqdan zəhərlənərək öldü - TƏFƏRRÜAT

83166

Ötən gün Siyəzən rayonunun Yenikənd kəndində baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı Siyəzən rayon prokurorluğunda araşdırma başlanılıb.

Bizim.Media xatırladır ki, Yenikənd sakini, 34 yaşlı Rahib Quliyev, övladları  11 yaşlı Türkanə, 12 yaşlı Əsəd, 14 yaşlı Nazilə Quliyevlər, yaxın qohumu Füzuli Quliyevlər, dostu, 48 yaşlı Cəbrayıl Abdullayev Rahib Quliyevin evində kustar üsulla hazırlanmış hisə verilmiş nərə balığı yeyiblər və hamısı zəhərlənib.

MÖVZU İLƏ BAĞLI:

Siyəzəndə 6 nəfər balıqdan zəhərləndi - ÖLƏN VAR - YENİLƏNİB


Zəhərlənmə diaqnozu ilə Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə, ordan isə Bakıdakı Toksikologiya Mərkəzinə çatdırılan Rahib Quliyev Bakıda ölüb.

Digər zəhərlənənlər də Siyəzən Müalicə-Diaqnostika Mərkəzinin avtomobilləri ilə Bakıya çatdırılıb.

Hazırda 4 uşaq Bakıdakı Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində, Cəbrayıl Abdullayev isə Toksikologiya Mərkəzində müalicə olunur.

Onların hansı şəraitdə zəhərləndiklərini hazırda Siyəzən rayon prokurorluğu araşdırılır.

Ailə hisə verilmiş nərə balığının hardan alındığını və ya mərhum Rahib Quliyevin özünün hazırladığını açıqlamır. Hətta ailə  kütləvi zəhərlənmə halı zamanı zəhərlənən uşaqlardan birinin, Füzuli Quliyevin xəstəxanaya aparılmasına mane olmağa çalışıblar.

Prokurorluq əməkdaşının köməyi klə həmin uşaq da xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Füzuli Quliyev Vətən Müharibəsi şəhidi Alim Quliyevin qardaşıdır. Dünyasını dəyişən Rahib Quliyev isə şəhid Alim Quliyevin əmisidir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin