Siyəzəndə 6 nəfər balıqdan zəhərləndi - ÖLƏN VAR - YENİLƏNİB

Hazırda oxunan: Siyəzəndə 6 nəfər balıqdan zəhərləndi - ÖLƏN VAR - YENİLƏNİB

83117

Siyəzəndən paytaxtdakı Toksikilogiya Mərkəzinə göndərilən 4 uşaq buradan da Respublika 2 saylı Uşaq xəstəxanasının yoluxucu xıstəliklər şöbəsinə yerləşdirilib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Siyəzən Müalicə Dioqnostika Mərkəzindən məlumat verilib.

***

Siyəzəndə balıqdan zəhərlənən 4-cü uşağın da kimliyi məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu, Siyəzən rayonunun Yenikənd sakini Füzuli Quliyevdir.

O, Vətən müharibəsi şəhidi Alim Quliyevin qardaşıdır.

Zəhərlənən 4 uşaq və Cəbrayıl Abdullayev artıq paytaxtdakı Toksikologiya Mərkəzinə göndərilib.

Hüquq-mühafizə orqanları kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır.

***

Toksikologiya Mərkəzinə göndərilən Yenikənd sakininin də kimliyi məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu, 48 yaşlı Cəbrayıl Süleyman oğlu Abdullayevdir.

Qeyd edək ki, zəhərlənmədən ölən Rahib Quliyev Yenikənd kəndindən Vətən müharibəsi Şəhidi Alim Quliyevin əmisidir.

Qeyd edək ki, hadisə zamanı daha bir uşağın zəhərləndiyi məlum olub. Onun da şəhid övladı olduğu deyilir.

21.07

Bakıdakı Toksikologiya Mərkəzində dünyasını dəyişən şəxsin də kimliyi  məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu, Siyəzən rayonunun Yenikənd sakini, zəhərlənən üç uşağın atası Rahib Əsəd oğlu Quliyevdir.

***

Siyəzən Müalicə Dioqnostika Mərkəzinə gətirilən uşaqların şəxsiyyəti məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bunlar Siyəzən rayonunun Yenikənd sakinləri  olan 11 yaşlı Türkanə, 12 yaşlı Əsəd, 14 yaşlı Nazilə Quliyevlərdir.

Hazırda uşaqlara zəhərlənməyə qarşı ilkin tibbi yardım göstərilir.

***

Siyəzən rayonunun Yenikənd kəndində kustar üsulla hisə verilmiş nərə balığından kütləvi zəhərlənmə halı qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun Siyəzən Müalicə Dioqnostika Mərkəzindən əldə etdiyi məlumata görə, tibb müəssisəsinə çatdırılan bir nəfər ilkin tibbi yardımdan sonra paytaxtdakı Toksikologiya Mərkəzinə göndərilib.

Həkimlərin bütün səylərinə baxmayaraq 1988-ci il təvəllüdlü həmin şəxs ölüb.

Zəhərlənənlərdən biri ölən şəxsin dostu, digər üçü isə azyaşlı uşaqdır. Ölən şəxsin dostu da Bakıya göndərilib.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin