Şəhid bacısını aldadaraq 20 minini alan şəxs kimdir? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Şəhid bacısını aldadaraq 20 minini alan şəxs kimdir? - RƏSMİ AÇIQLAMA

83105

Birinci Qarabağ müharibəsi şəhidi İsaq Fərəcovun bacısı Təranə Fərəcova özünü Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qohumu kimi təqdim edən Şahmar Əliyev adlı şəxs tərəfindən dələduzluğa məruz qaldığını iddia edib.

Bizim.Media xəbər verir ki, o, Şahmar Əliyevin məcburi köçkünlər üçün tikilən binalardan ev verdirəcəyinə dair yalan vəd verdiyini deyib.

Əvəzində ondan 20 min manat alıb. Nə ev məsələsi həll olunub, nə də pul geri qayıdıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi də məsələ ilə bağlı açıqlama yayıb.

Qurumdan bildirilib ki, dələduzluq törətməkdə ittiham edilən şəxslə Dövlət Komitəsinin sədrinin yaxın qohumluq əlaqəsi yoxdur:

“Ümumiyyətlə, baş vermiş dələduzluq faktı barədə komitəyə heç bir məlumat daxil olmayıb. Xəbərdən göründüyü kimi, fakt hüquq-mühafizə orqanlarında araşdırılıb. Dövlət Komitəsinin mövqeyi belədir ki, kimliyindən asılı olmayaraq, cinayət törətmiş hər bir şəxs mövcud qanunvericilik əsasında cəzalandırılmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin